Qarabağda ilkin olaraq Şuşa və Ağdam qazlaşdırılacaq

0
292

İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı hazırki mərhələdə yalnız layihələndirmə işləri həyata keçirilir.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov məlumat verib.

O bildirib ki, ilkin növbədə gündəmdə Şuşa şəhərinin və Ağdamın qazlaşdırılması məsələsidir.

Teymur Cəfərovun sözlərinə görə, layihələndirmə işləri başa çatdıqdan və maliyyələşdirmə məsələsi həll olunduqdan sonra qazlaşdırılma işləri aparılacaq:

“Qeyd etdiyimiz işlər yekunlaşdıqdan və sayğaclar quraşdırıldıqdan sonra onların istismara verildiyi ərəfədə kodlaşdırma işləri həyata keçiriləcək”.