Sənaye zonalarında 2,4 milyardlıq məhsul istehsal olunub – Nazir

0
265

2021-ci ildə Azərbaycanın sənaye zonalarında 2020-ci illə müqayisədə 88,3% çox – 2,4 milyard manatlıq məhsul istehsal olunub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Ötən il sənaye zonalarının qeyri-neft sənayesi istehsalında payı 15,5%-ə yüksəlib, onun artımdakı payı isə 30% təşkil edib. Sənaye zonaları iqtisadiyyatın diversifikasiyasında, xüsusilə qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayır”, – deyə nazir qeyd edib.