Pekin Vaşinqton və Tokioya xəbərdarlıq etdi

0
292

Tokio və Vaşinqton Pekinə qarşı saxta ittihamlarla ölkənin daxili işlərinə qarışırlar.

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zao Lijian Yaponiya Baş naziri Fumio Kişida ilə ABŞ Prezidenti Co Baydenin görüşündə Pekin əleyhinə səsləndirilən açıqlamaları şərh edərkən deyib.

“Tayvan, Sincan-Uyğur Muxtar bölgəsi və Honkonqla bağlı məsələlər Çinin daxili işləridir və hər hansı bir ölkənin və ya xarici gücün müdaxiləsi qəbuledilməzdir.

Hər bir şəxs və ya millətin Çinin suverenliyini və ərazi bütövlüyünü qorumaq qərarına qeyri-ciddi yanaşmaması gərəkdir”, – XİN rəsmisi qeyd edib