Tərtərdə fiziki və nitqi məhdudiyyətli şəxs itkin düşdü

0
262

Tərtər rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər rayon sakini Əlizamin Tağızadə yanvar ayının 9-da evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı yanvar ayının 22-də Rayon Polis Şöbəsinə müraciət edilib. Ə.Tağızadənin əlamətləri belədir: qısaboylu, gözlərinin rəngi şabalıdı, fiziki və nitq məhdudiyyətlidir. Əynində qara şalvar, ağ köynək, qara qış gödəkçəsi, qara ayaqqabı olub.

Məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tərtər Rayon Polis Şöbəsinin 022 23 6 30 34 və 055 722 2242 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.