Bakıda uşaq evində tərbiyəçi ilə valideyn arasında davanın görüntüləri – YENİLƏNİB + VİDEO

0
308

Daxili İşlər Nazirliyi Bakıda uşaq evində baş verən insidentlə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-dən  cavab olaraq qeyd edilib ki, sosial şəbəkələrdə və bəzi saytlar tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərdən xəbərdardırlar:

“Həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq”.

14:52

Bakıda uşaq evində baş verən insidentin görüntüləri yayılıb.

Hadisə Xətai rayonunda qeydə alınıb. 

Rayon ərazisində yerləşən 3 saylı uşaq evində tərbiyəçi köməkçisi işləyən 1982-ci il təvəllüdlü G.Nağıyeva ilə azyaşlı uşağın valideyni dalaşıb. 

Faktla bağlı araşdırma aparılır.

Əlbəyaxa davanın görüntülərini təqdim edirik:

//baku.tv/az/watch/49298/