3I/ATLAS kometasında yeni anomaliya aşkar edildi

3I/ATLAS ulduzlararası obyektində onun hissəciklərinin ölçüsü ilə əlaqəli olan yeni anomaliya aşkar edilib.

Bu barədə Harvard Universitetinin alimi Avi Leb öz bloqunda məlumat verib.

“3I/ATLAS-ın günəşə doğru istiqamətlənmiş şüalarındakı hakim hissəciklər anomal ölçüləri ilə fərqlənir”, – deyə o yazıb.

Qeyd edək ki, 3I/ATLAS astronomlar tərəfindən bütün kosmik müşahidələr tarixində kəşf edilən üçüncü ulduzlararası obyektdir. Buna qədər 2017-ci ildə Oumuamua asteroidi və 2019-cu ildə 2I/Borisov kometası aşkarlanıb.

Əksər alimlər bunun həqiqətən də ulduzlararası kometa olduğuna inanırlar. Lakin Harvard astrofiziki Avi Leb obyektin süni mənşəli olması ehtimalını da nəzərdən keçirir və hesab edir ki, nəhəng “yadplanetli kosmik gəmi” ola bilər, çünki süni mənşəli əlamətlər göstərir.