Anası Dursun qapını açıb yad insanları görüb təəccübləndi:
-Sizə kim lazımdır?
-Faiq Ələkbərov buradamı yaşayır?
-Hə. Burada yaşayır. Neynirsiniz Faiqi? Siz kimsiniz?
Onlar əllərində tutduqları kağızı ona verərək Faiqə çatdırmasını deyərək getdilər. Anası tez qayıdıb evə gəldi. Kağızı ona verib dedi:
-Tez oxu görək orda nə yazırlar.
Faiq açıb oxudu onu cəbhəyə getmək üçün çağırırdılar. O sovetlərin əsgərliyindən qayıdanda olkədə baş verənlərə, ermənilərin rusların havadarlığı ilə vətənimizə qarşı törətdikləri vəhşiliklərə, torpaqlarımızı bir-bir işğal etməsinə, xalqımıza qarşı etdikləri soyqırımına dözməyərək gedib könüllü cəbhəyə getmək üçün ərizə ilə çüraciət etmişdi. İndi onu Şəmkir könüllülər batalyonunda cəbhəyə göndərmək üçün çağırırdılar. Dursun arvad xəbəri eşidib ayaq üstə dayana bilmədi. Bütün bədəni əsdi:
-Oğul niyə ərizə vermisən. Axı sən əsgərlikdən təzə gəlmisən. Onsuz da özləri nə vaxtsa çağıracaqdılar. Onda gedərdin. Niyə tələsdin?
-Ana, mən onların çağırmasını gözləyə bilməzdim.
O getdi. Qısa müddətdə Faiq haralarda olmadı? Harda ağır döyüşlər gedirdi, harda köməyə ehtiyac vardı ora göndərirdilər. Ağdamda, Naxçıvanikdə, tərtərdə, Marquşevanda, … ən ağır əməliyyatlarda iştirak etmişdi.Əsas döyüş yeri isə Gədəbəyin Şınıx bölgəsi idi. Faiq sürücü mexanik idi. Piyadaların döyüş maşınını sürürdü. Kəşfiyyat qrupunda idi. O sürdüyü tankla düşmənin içərilərinə qədər qorxu bilmədən dönə-dönə gedirdi. Zəyəm hərbi aeroportunda rus əsgərləri istədikləri kimi hərəkət edirdilər. Əllərinə keçəni aparırdılar. Ora ciddi nəzarət qoyuldu. Faiq doyuş yoldaşı ilə oranı qoruyurdu. Onun qorxusundan ruslar heç nəyə toxuna bilmirdilər. Elə oradakı iğidliyinə və ümumiyyətlə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə o vaxtkı müdafiə naziri R. Qazıyev ona şifahi olaraq Milli Qəhrəman adı vermişdi. Çox təəssüf ki bu günə qədər də bu titul öz təsdiqini tapmayıb.
Zəyəmdən sonra onları Başkəndə apardılar. Başkəndin alınmasında Faiq yaralanır. Bir gecə Şəmkirin qospitalında qalandan sonra oradakı ağır yaralıları görüb pis olur. Onlarla bərabər yatmasını özünə sığışdırmır. Səhər tezdən çıxıb bir baş cəbhəyə gedir. Ailədə isə heç kim onun yaralandığını uzun müddət bilmir. Polk komandiri Dilqəm Əliyevlə Faiq bir dəfə düşmənin beş müxtəlif mövqeyini darmadağın edib geri qayıdırlar. Faiqin belə cəsurluqları tez-tez olurdu. Döyüş yoldaşı danışırdı ki, biz Faiqin tankında dağın ətəyinə qədər getdik. Tankdan düşüb çoxlu silah sursatla yüklənib dağa dırmaşdıq. Bizim uşaqlar düşmənin Daşqala yüksəkliyindəki mövqelərini atəşə tutdular. Düz gün yarım atəş altında irəlilədik. Səhər saat dörddə yenidən hücuma keçməliydik. 120 nəfər idik. Mən və Faiq daha təcrübəli olduğumuz üçün irəlidə gedirdik. Batalyon komandiri Nəbi Əhmədov da bizimlə idi. Düşmənlə üzbəüz dayanmışdıq.
Bu döyüş Faiqin son döyüşü oldu. Açılan qumbaranı görüb “kənara qaçın” deyib bədəni ilə qumbaranın üstünü örtdü. Güclü partlayış oldu. Faiq döyüş yoldaşlarını beləcə öz canını qurban verərək xilas edir. Şəmkirin Seyfəli kəndində 24 il əvvəl dünyaya göz açmış Faiq, Müseyib oğlu Ələkbərovun iki illik döyüş salnaməsi 1992-ci ilin 30 avqustunda 24 yaşında başa çatdı. Şəhidlik elə bir zirvədir ki, ancaq vətən uğrunda canından, qanından keçənlər yüksəlir. Və belə insanların xatirəsi xalq tərəfindən əziz tutulur. Dövlət tərəfindən isə onların cəsurluğu, qəhrəmanlığı qiymətləndirilir. Hazırda Şəmkir rayonu Seyfəli kəndinin Xanallar tirəsindəki orta məktəb Faiq Ələkbərovun adını daşıyır. Bir vaxtlar Leninin adını daşıyıb büstü qoyulan məktəbi indi Faiqin büstü bəzəyir.




