Almaniyada seçkidə qalib gələn türk xanımdan çağırış

Almaniyanın paytaxtı Berlində keçirilən seçkilərdə uğur qazanan türk əsilli siyasətçi Elif Eralp türk cəmiyyətinə və miqrantlara çağırış edib.

Bu barədə “Milliyet” məlumat yayıb.

Eralp seçkidə əldə olunan nəticəni tarixi hadisə kimi qiymətləndirib: “Tarix yazdıq. İlk dəfə Berlində miqrant qadın bunu bacardı. Bunu bütün berlinlilərlə, miqrantlarla birlikdə etdik. Buna görə çox xoşbəxtəm”.

O, türk və miqrant icmalarını siyasi proseslərdə daha fəal iştirak etməyə çağırıb: “Xahiş edirəm, siyasətə qoşulun, hamınıza ehtiyacımız var. Hamımız bu şəhərin və bu ölkənin bir hissəsiyik. Parlamentə, məclislərə, iqtisadiyyata, hər yerə gedək və səsimizi ucaldaq”.

Eralp Almaniyada miqrantların haqsızlıqlara və ayrı-seçkiliyə məruz qaldığını deyərək, seçki nəticəsini bu baxımdan mühüm mesaj adlandırıb.