Donetsk vilayətinin Kramatorsk rayonunun Aleksandrovka qəsəbəsinə səhər saatlarında endirilən zərbə nəticəsində azı 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.
Bu barədə Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri saat 10 radələrində qəsəbəyə dörd aviasiya bombası atıb. Nəticədə çoxmərtəbəli yaşayış binası dağılıb.
Bundan başqa, daha 11 çoxmərtəbəli bina, 42 fərdi yaşayış evi, uşaq bağçası, mağaza, inzibati bina və 6 avtomobilə ziyan dəyib.
Vilayət rəhbərinin sözlərinə görə, yaralananlar arasında 5 yaşlı uşaq da var.



