Türkiyədə qeyri-adi bir hadisə baş verib.
Kənd sakini, mədən ocağından təqaüdə çıxmış 72 yaşlı Rafet Karakabak bir gecə yuxuda öldüyünü gördükdən sonra səhəri gün qəbiristanlığa gedərək öz məzarını qazmağa başlayıb.
Valideynlərinin məzarlarının yanında boş bir sahə seçən Karakabak, 60 santimetr enində, 1 metr 90 santimetr uzunluğunda və 1 metr 20 santimetr dərinliyində qəbir qazıb. O, qəbirin yanlarını və üstünü betondan hazırlayıb. Təxminən iki gün ərzində saatlarla çalışan Karakabak, bu işi həm vaxt keçirmək, həm də “öldükdən sonra heç kimə yük olmamaq” üçün etdiyini bildirib.
“Yuxuda öldüyümü gördüm. Səhər oyanan kimi valideynlərimin məzarlarının yanına getdim və orada özümə yer seçdim. Yuxunun təsirindən çıxa bilmədim. Öz ölçülərimə uyğun qəbir qazdım. Artıq hər cümə günü gedib orada dua edirəm”, – deyə Karakabak bildirib.
Qəbir qazarkən başına maraqlı hadisələr də gəldiyini deyən Karakabak, yaxınlarının əvvəlcə ona inanmadığını deyib. Onlardan birinə məzarın üst beton örtüyünü yerləşdirmək üçün zəng etdiyini, dostunun isə əvvəlcə zarafat etdiyini düşündüyünü qeyd edib:

Фигурка просто космос: смотри, как выглядят настоящие богини!
“Gələcəyini bildiyim üçün qəbrə uzanıb onu gözlədim. Qəbiristanlığa gələndə məni tapa bilmədi. Açıq qəbirə yaxınlaşanda içində uzandığımı görüb qorxdu,” – deyə o, yaşadığı hadisəni danışıb.
Kənd sakinlərindən və tanışlarından bəzilərinin bu hərəkətinə təəccüblə yanaşdığını deyən Karakabak, tənqidlərə fikir vermədiyini bildirib:
“Bəziləri deyir ki, “ölməmiş qəbir qazılmaz”, “ailən, uşaqların yoxdur?” Mən isə bunlara əhəmiyyət vermirəm. Mən bilirəm ki, ailəm və qohumlarım mənə sahib çıxacaq”.
Rafet Karakabak tez-tez məzarına baş çəkdiyini və içində uzandığını deyərək yaxınlarına mesaj da göndərib:
“Ey məni sevənlər, dostlarım – mən buradayam. Məni unutmayın,” – deyə o, məzarının ziyarət edilməsini və dua oxunmasını istəyib.




