“Yuventus” oyunçularının koronavirusla bağlı testləri mənfi nəticə göstərib

0
283

İtaliyanın “Yuventus” futbolçularının koronavirusla bağlı apardığı bütün analizlər mənfi nəticə göstərdi.

Bu barədə futbol klubunun mətbuat xidməti bildirib.

Bildirilib ki, mayın 20-də bütün komanda koronavirus ilə bağlı testlərdən keçib. Onların nəticələri mənfi çıxıb.

Bundan əvvəl, komanda bir neçə gün öz bazasında məşq edirdi. Bütün oyunçular sosial məsafəni qoruyaraq məşqlər keçiriblər.