Yeni sədr Vüsal Nəsirli kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, fevralın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.

Bildirək ki, V.Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 

2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

2018-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Vüsal Nəsirli bundan öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

Ailəlidir, iki övladı var.