“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi yenə istefa verdi

0
712

Türkiyənin “Qasımpaşa” futbol komandasının baş məşqçisi Mustafa Dənizli vəzifəsindən istefa verib.

2018-ci ildən bu vəzifədə çalışan 70 yaşlı təcrübəli mütəxəssis çempionatda yüksək yerləri tutmaq məqsədinə nail olmadığı üçün istefa verdiyini bildirib.

Qeyd edək ki, İstanbul təmsilçisi 32 turdan sonra Türkiyə Superliqasında 38 xalla 13-cü pillədə qərarlaşıb. Sonuncu turda “Qasımpaşa” komandası “Kayseripor”a səfərdə 1:2 hesabı ilə məğlub olmuşdu.

M.Dənizli əvvəllər Türkiyə milli komandasının, eləcə də Azərbaycanın “Xəzər Lənkəran” klubunun baş məşqçisi işləyib.