ÜST koronavirusu müəyyən edən tətbiq yaratdı

0
280

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) may ayında resursu zəif olan ölkələrdə insanlara koronavirus simptomlarını qiymətləndirməyə imkan verən tətbiqi istifadəyə verəcək.

Tətbiq istifadəçiləri simptomları ilə bağlı sualları cavablandıra və koronavirusla bağlı tövsiyələr ala biləcəklər. İstifadəçinin ölkəsinə əsaslanan proqram vasitəsilə vətəndaşın virusa görə testi harada və necə keçirə biləcəyi haqqında da məlumat veriləcək.

Təşkilatın nümayəndələri “Bluetooth” əsasında virusa yoluxan şəxsi izləmə funksiyasının əlavə edilməsi imkanlarını nəzərdən keçirdiklərini deyiblər.

Hər hansı bir dövlət ÜST proqramını əsas götürə, lazımi funksiyaları əlavə edə və öz tətbiqini dərc edə biləcək