Türkiyədə zəlzələdə dağılmış binalarla bağlı 55 nəfər həbs olunub

Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı 612 şübhəli barəsində araşdırma aparılıb.

Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Nazir onlardan 184-nün saxlanıldığını, 55-nin isə artıq həbs edildiyini vurğulayıb.

Bəkir Bozağın sözlərinə görə, indiyədək zəlzələ nəticəsində dağılan 7 min 598 binadan nümunələr götürülərək onların ekspertizası aparılıb.