Türkiyədə əməliyyat: Sıla Gençoğlu, İlyas Yalçıntaşvə digər məşhurlar saxlanıldı

Türkiyədə narkotik vasitələrlə mübarizə çərçivəsində Bakırköy Baş Prokurorluğu tərəfindən aralarında sənətçilər, aktyorlar və iş adamları olmaqla, 25 şübhəli haqqında məhkəmə prosesi başladılıb və barələrində saxlanılma qərarı verilib.

Bu barədə Moderator.az “Haber Global”a istinadən xəbər verir.

“Bakırköy Baş Prokurorluğumuz tərəfindən narkotiklərə qarşı aparılan mübarizə çərçivəsində sənətçi, aktyor, iş adamı və sahibkar kimi tanınan şübhəlilərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdikləri, narkotik maddələrin istifadəsini asanlaşdırdıqları və ya istifadə üçün yer təmin etdikləri barədə şübhəni dəstəkləyən dəlillər əldə edilib.

İstanbul Vilayət Jandarm Komandanlığına iyulun 16-da 25 şübhəli barəsində saxlanılma, axtarış, bioloji müayinə və dindirilmələri və daha sonra Baş Prokurorluğa gətirilmələri barədə üçün təlimatlar verili”, – deyə Baş Prokurorluqdan bildirilib.

İstintaq çərçivəsində aparılan əməliyyat zamanı məşhur müğənnilər və tanınmış şəxslər Sıla Gençoğlu, İlyas Yalçıntaş, Mehmet Fatih Aksoy, Ateş İnce, Şefik Ömer Dolman, Aybüke Aldere, Ayşe Nur Balcı, İrem Haznedar və Öner Faruk Işık jandarma qrupları tərəfindən nəzarətə götürülüb. Həmçinin İlyas Yalçıntaşın evində aparılan axtarış zamanı həssas tərəzi və narkotik maddə istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən materiallar ələ keçirilib.