Azərbaycanda 15 nəfərə professor elmi adı verilib

Bu ilin birinci yarısında (yanvar-iyun) Azərbaycanda 15 nəfərə professor elmi adı verilib.

Bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Həmin müddətdə 122 nəfərə dosent elmi adı verilib. 37 nəfərə isə dosent elmi ad verilməsi imtina olunub.

Həmçinin 15 nəfərə professor elmi adı verilib, 2 nəfərə isə imtina edilib.

Dosent elmi adı ən çox filologiya elmləri üzrə (35 nəfər), professor elmi adı isə ən çox iqtisad elmləri üzrə (3 nəfər) verilib.