Həftəsonundan sonra belə özünüzü yorğun hiss edirsinizsə bunun iki səbəbi olar bilər.
Bunu nevroloq Olqa Butenko bildirib.
Onun sözlərinə görə, səbəblərdən biri istirahət günlərində yuxu rejiminin pozulmasıdır.
Həkim bildirib ki, iş günləri səhər saat 6-7-də oyanan, həftəsonları isə gecə gec yataraq günortaya qədər yuxuda qalan insanların bioloji saatı dəyişən rejimə uyğunlaşa bilmir. Nəticədə bazar günü axşamı vaxtında yuxuya getmək çətinləşir, bazar ertəsi isə insan günə yuxusuz başlayır.
Nevroloqun qeyd etdiyi ikinci səbəb isə həftə ərzində toplanan yorğunluqdur. Onun sözlərinə görə, az yatmaq və çox işləmək nəticəsində yaranan yorğunluğu cəmi iki istirahət günü ilə aradan qaldırmaq mümkün olmaya bilər.
Həkim hər həftəsonu uzun müddət yatmaq ehtiyacı duyan insanlara iş günlərindəki yuxu rejimlərinə yenidən nəzər salmağı tövsiyə edib.



