Estoniya parlamenti Rusiya ilə dövlət sərhədinin bağlanması təşəbbüsünü dəstəkləyib.
Bu barədə “Mk.ru” məlumat yayıb.
Bildirilib ki, 101 deputatdan 37-si Nazirlər Kabinetinə sərhədin bağlanması ilə bağlı təklifin təqdim olunmasını nəzərdə tutan qərar layihəsinin lehinə səs verib. İki deputat əleyhinə çıxıb, biri bitərəf qalıb, 36 deputat isə səsvermədə iştirak etməyib.
Təşəbbüsün əsas məqsədi Rusiyadan qaynaqlanan təhlükəsizlik təhdidlərinin qarşısını almaq, ölkənin konstitusiya quruluşunu və daxili sabitliyini qorumaqdır. Sənəddə Rusiyanın hibrid təsirlərinin təhlükəli həddə çatdığı vurğulanıb.
Qeyd olunub ki, bu addım NATO və Aİ-nin xarici sərhədlərinin təhlükəsizliyini də gücləndirə bilər.
Müəllif: Roza



