Türkiyənin milli valyutası 1 ABŞ dollarına nisbətdə 50 lirə (1.7 manat) həddini aşaraq tarixi minimumunu yeniləyib.
Bu barədə “Ekonomim” qəzeti məlumat yayıb.
Noyabrın 4-ü səhər saatlarında İstanbul birjasında lirənin məzənnəsi 1 dollar üçün 50.02 səviyyəsində qeydə alınıb. Əvvəlki günlə müqayisədə artım 0.05% təşkil edib.
Yerli mətbuatın daha əvvəl yaydığı məlumatlara görə, il ərzində türk lirəsi dollara nisbətdə 18 faizdən çox ucuzlaşıb. 2025-ci ildə isə valyuta öz dəyərinin demək olar ki, 25 faizini itirib.
Türkiyə Mərkəzi Bankının daha əvvəl sorğu keçirdiyi bazar iştirakçıları ilin sonuna milli valyutanın məzənnəsinin 1 dollar üçün 51.5 türk lirəsi olacağını proqnozlaşdırırlar.
“Goldman Sachs”, “Deutsche Bank” və “Commerzbank” kimi beynəlxalq maliyyə institutları həmin dövrə qədər lirənin 1 dollar üçün 52 və ya daha yuxarı səviyyəyə qədər ucuzlaşacağını ehtimal edirlər.



