Türk bayrağına tüpürən turistə bu cəza veriləcək

Alanyada istirahət edən 58 yaşlı britaniyalı turist otel əməkdaşları ilə mübahisə edib.

Mübahisə zamanı turist Türkiyə bayrağına tüpürərək qalmaqala səbəb olub. Hadisədən sonra polis tərəfindən saxlanılan turist barəsində araşdırma başladılıb.

Məlumata görə, Türkiyə bayrağına qarşı bu cür hərəkət qanunla ciddi şəkildə qiymətləndirilir. Müvafiq qanun maddəsinə əsasən, britaniyalı turist 1 ildən 3 ilədək həbs cəzası ilə üzləşə bilər.

Hazırda turist məhkəmənin qərarını gözləyir. Beləliklə, istirahət üçün Alanyaya gələn 58 yaşlı britaniyalının tətili gözlənilməz şəkildə məhkəmə prosesi ilə davam edir.