Siqaretdən imtina etmək, normal çəkini qorumaq, sağlam qan təzyiqi, qanda xolesterol və şəkər səviyyələrini qorumaq insan ömrünü təxminən 11 il uzadır.
Tədqiqat “European Journal of Preventive Cardiology” jurnalında dərc edilib.
Tədqiqatçılar Helsinki Biznesmenlər Tədqiqatının bir hissəsi olaraq tibbi müayinələrdən keçən 1919-1934-cü illər arasında anadan olmuş 2690 kişinin məlumatlarını təhlil ediblər. Tibbi tədqiqatın iştirakçıları 2025-ci ilin yanvar ayına qədər orta hesabla 40 il ərzində izləniliblər.
Araşdırmaçılar müəyyən ediblər ki, mühüm sağlamlıq amilləri sırasında bir neçə mühüm məsələ dayanıb. Bunlar siqaret çəkməmək, bədən kütlə indeksinin 25-dən, sistolik təzyiqin isə 140 mm civə sütunundan aşağı olması, ümumi xolesterolun 6,0 mmol/L-dən aşağı olması və qanın qlükoza səviyyəsində sıçrayışların olmaması kimi məsələlər olub.
Sadalanan beş meyardan heç birinə cavab verməyən kişilər ilkin qiymətləndirmədən sonra orta hesabla 31,8 il yaşayıblar. Beş meyarın hamısına cavab verənlər isə orta hesabla 42,7 ili keçiblər. Yəni təxminən 11 il daha çox ömür sürüblərmiş.
“90 il yaşamaq ehtimalı da əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu mühüm amillərə fikir verməyən kişilərin 6,8%-i, sadalanan beş məsələdə özünü qoruyan insanların, tədqiqat iştirakçılarının isə 41,9%-i bu yaşa qədər gəlib çatıb”, – araşdırmada qeyd edilib.
Tədqiqatçılar həmçinin ahıl yaşına qədər yaşayıb sağ qala bilənlərin sağlamlığını da qiymətləndiriblər. Heç bir 5 şərtə əməl etməyən və ya onlardan birinə əməl edən kişilərin 24,5%-də ciddi zəiflik əlamətləri – fiziki güc və dözümlülüyün azalması müşahidə olunub. Beş göstəricinin hamısına riayət edən qrup arasında isə bu rəqəm 2,2% təşkil edib.



