Toz içində “boğulan” Bakı: Gələcəkdə maska ilə gəzəcəyik

Parisdə Fransa Prezidenti Emmanuel Makronun və baş nazir Fransua Bayrunun istefasını tələb edən kütləvi etiraz aksiya keçirilib.

Bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, min nəfərdən çox insan şəhər küçələrinə ölkə bayraqları və plakatlarla çıxıb. Onlar “Makron istefa versin” və “Avropaya yox” kimi şüarlar səsləndiriblər. Etirazçılar həmçinin hökumət başçısının vəzifədən uzaqlaşdırılmasını tələb ediblər və hakimiyyətin yalnız ayrı-ayrı şəxslərin və qrupların rifahını artıran siyasətindən narazılıqlarını ifadə ediblər.

Bundan əlavə, toplaşanlar Qərb ölkələrinin Ukraynaya verdiyi dəstəyə qarşı çıxıb və Ukraynada münaqişənin tezliklə həll olunmasını tələb ediblər.

Etirazçılardan biri belə bir şüar səsləndirib: “Makron, bizə sənin müharibən lazım deyil!”