Torpağı Vətənə Çevirənlər

0
171

Vətən müharibəsi şəhidi Adəm Heyderov doğum günü münasibətilə xatirəsi anılmışdır
2022-03.26
Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri- Bum qəsəbə sakini, şəhid Adəm İkram oğlu Heyderovun doğum günüdür. Tədbirdə şəhidin təhsil aldığı kənd məktəbinin kollektivi , Şəkidən, Göyçaydan gəlmiş şəhid ailələri , Qəbələ şəhid, Kürdəmir şəhid ailələri, İsmayıllı şəhid ailələri, Bərdə şəhid ailələri, qazilər, DAMM – SİM Qəbələ nümayəndliyi rəhbəri, imamlar, şairlər, Qəbələ TV, Qəbələ rayon icra hakimiyyətinin başçısının Bum qəsəbə İnzibati ərazi dairəsi üzrə icra nümayəndəsi əvəzi Eyvaz Kazımov və şəhidin ailə üzvləri şəhid Adəm Heydərovun məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur.

Şəhidlərin adına abidə kompleksi ziyarət olunmuşdur. Rayon numayəndləri çıxış etdi, məktəblilər şerirlər söylədi.

Tədbir ata ocağında ifdar süfrəsi arxasında davam etmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin.

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri

Təranə Alməmmədova.