Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti Rasim Məmmədov və DAMM Qadınlar Şurasının sədri Afaq xanım İsmayılova bu gün tanınmış QHT rəhbəri, ictimai xadim Tahira xanım Məmmədovaya baş çəkiblər.
Uzun müddət xəstə olan Tahira xanımın hazırda səhhəti yaxşıdır.
DAMM Qadınlar Şurasının, eləcə də Azərbaycan–İraq Vətəndaş Əlaqələri Assosiasiyasının prezidenti kimi fəaliyyət göstərən Tahira xanım Məmmədova ictimai və sosial həyatda nüfuzlu simalardan biri olaraq fəaliyyətini davam etdirir.






