Suriyada ara yenə qarışdı: Kürdlər hökumət qüvvələri ilə toqquşdu

Kürd Suriya Demokratik Qüvvələri (SDQ) Hələb əyalətinin Deyr Hafer bölgəsində hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə toqquşmaların baş verdiyini bildirib.

Müvafiq bəyanat SDF-nin mətbuat xidmətinin saytında dərc olunub.

“Bazar ertəsi saat 03:00-da Suriya keçid hökumətinə tabe olan qüvvələr Deyr Hafer bölgəsindəki Əl-İmam kəndində qüvvələrimizin 4 mövqeyinə hücum edib. Qüvvələrimiz hücuma cavab verib, döyüşçülərini və tutduqları mövqeləri qorumaq üçün lazımi addımlar atıb. Toqquşmalar 20 dəqiqə davam edib”, – məlumatda deyilir.

SDF insidenti Suriyanın yeni hakimiyyət orqanlarının üzərinə ataraq, bunu “bölgədə sabitliyi təhdid edən qəsdən eskalasiya” adlandırıb.