“SpaceX” iki “Falcon 9” raketini ABŞ-ın əks sahillərində yerləşən buraxılış meydançalarından cəmi 38 dəqiqə fərqlə kosmosa göndərib.
Missiyalardan birində “Globalstar” şirkətinə məxsus səkkiz peyk orbitə çıxarılıb.
Digər raket isə ABŞ Kosmik Qüvvələrinin məxfi USSF-366 missiyasını həyata keçirib.
Bu, “SpaceX”in iki “Falcon” raketinin buraxılışları arasında qeydə alınan ən qısa intervaldır.
Şirkət bununla 2024-cü ilin avqustunda müəyyənləşdirilmiş əvvəlki 1 saat 5 dəqiqəlik rekordu da yeniləyib.



