Elektrikli avtomobillər yollara daha çox zərər vura bilər

Elektrikli avtomobillərin geniş yayılması yol infrastrukturu üçün yeni problemlər yarada bilər.

Buna səbəb onların batareyalarla əlaqədar ənənəvi avtomobillərdən daha ağır olmasıdır.

Xüsusilə iri elektrik avtomobilləri və böyük batareyalı modellər yol örtüyünə daha çox yük salır.

Mütəxəssislər elektrik avtomobillərinin ekoloji üstünlüklərinə baxmayaraq, onların çəkisinin yol infrastrukturunun planlaşdırılmasında nəzərə alınmasının vacib olduğunu bildirirlər.