İran ABŞ-a məxsus iki kamikadze pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini, Hörmüz boğazında isə üç neft tankerinin partladığını açıqlayıb.
Bu barədə İranın IRNA agentliyi məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, ABŞ-a məxsus “Low-Cost Uncrewed Combat Attack System” (LUCAS) tipli iki kamikadze dronu Bəndər-Xəmir limanı üzərində vurulub.
SEPAH-ın bəyanatında qeyd olunub ki, əməliyyat ölkənin hava hücumundan müdafiə sisteminin rəhbərliyi və nəzarəti altında həyata keçirilib. İran tərəfi bunu ABŞ ordusunun uğursuzluğu kimi qiymətləndirib.
Bundan başqa, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında dəniz minalarına toxunması nəticəsində üç neft tankerinin partladığını açıqlayıb. Komandanlıq tankerlərin ekipajlarının naviqasiya və identifikasiya sistemlərini söndürdüyünü bildirib.



