Sənət sərhəd tanımır: İranlı rəssam Barış Mançonu qumda canlandırdı

Türk musiqisinin əfsanəvi simalarından olan Barış Mançonun nəhəng portreti Antalyanın Alanya şəhərinin Galip Dere çimərliyində quma çəkildi.

İncəsənət əsərinin müəllifi isə Alanyada yaşayan 58 yaşlı iranlı heykəltəraş və rəssam Fərəcullah Bağeridir.

İllər əvvəl İrandan Alanyaya köçən və uzun illərdir sənətlə məşğul olan Bağeri, daha əvvəl çəkdiyi Müslüm Gürses portreti ilə sosial mediada böyük marağa səbəb olmuşdu. Bu dəfə isə Barış Manço üçün günorta saatlarında başladığı əsərini gün batımına qədər tamamlayıb

Əsər tamamlandıqda sahildə gəzişən yerli sakinlər və turistlər nəhəng Barış Manço portretini heyranlıqla izləyiblər, telefonlarına çəkərək sosial mediada paylaşıblar.