Şəkidə tarixi abidə ərazisində körpə skeletləri tapıldı

0
185

Şəkidə tarixi abidədə aparılan bərpa-quruculuq işləri zamanı körpə skeletləri aşkar edilib.

Məlumata görə, dünən Şəki şəhəri Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən və hazırda şəbəkə sexi kimi fəaliyyət göstərən tarixi tikilidə təmir-bərpa işləri aparılarkən skeletlər üzə çıxıb.

Belə ki, Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən işlər zamanı tarixi binanın içindəki beton döşəmə təmir edilərkən 80 sm – 120 sm dərinlikdə skeletlər aşkar edilib. İlkin baxış zamanı skeletlərin körpələrə aid olması və uzun illər əvvəl oraya qoyulması müəyyən edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.