Şəkidə sərt karantin rejimində bir gün – VİDEOREPORTAJ

0
524

Şəkidə sərt karantin rejiminə nəzarət edilir. Qurulan postlarda polis əməkdaşları və Daxili Qoşunların əsgərləri xidmət aparır.

Hər iki istiqamətdə hərəkət edən avtomobillər yoxlanılır.

Avtomobillər saxlanılarkən sürücülərin diqqətinə tibbi maskadan istifadənin vacibliyi çatdırılır.

Müşahidələr zamanı sürücü və sərnişinlərin əksəriyyəti tərəfindən sərt karantin rejimi qaydalarına əməl edildiyi məlum olub. Qaydaları pozanlar isə qanunauyğun şəkildə cərimələnib.

Həmçinin, Şəkidən Qax istiqamətində hərəkətdə olan sürücünün SMS icazəsi ilə qonaq qarşılamağa getmək istəməsi də nəzərdən yayınmayıb. Əlbəttə ki, polis əməkdaşı bu sürücünü geriyə – Şəki rayonuna yola salıb.