Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” zavodunda barıt sexində baş verən yanğın və partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Bu barədə regional əməliyyat qərargahı məlumat yayıb.
30 nəfər stasionar, 109 xəstə isə ambulator müalicə alır.
Meyitlərin kimə məxsus olması ilə bağlı araşdırmalar davam etdirilir, lazımi ekspertizalar aparılır.
***
Rusiyanın Ryazan vilayətinin Şilovo rayonunda yerləşən “Elastik” zavodunda baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 100 nəfər isə yaralanıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisənin təfərrüatı barədə hələlik məlumat verilmir.




