Rusiyada Azərbaycan vətəndaşları çıxılmaz vəziyyətdədir – FOTO

0
396

Rusiyanın Voloqda vilayəti üzrə xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində yerləşən Azərbaycan vətəndaşları acınacaqlı vəziyyətdədirlər.

Belə ki, Voloqda vilayətinin mərkəzində, Belyayev küçəsi, 21a ünvanında yaşayan müxtəlif millətlərdən olan 13 nəfərdən üçü Azərbaycan vətəndaşıdır.

Bir neçə aydır ki deportasiya üçün saxlanılan azərbaycanlılar – İmişli rayon sakini, 31 yaşlı Hüseynov Fərid Nadir oğlu, Gəncə şəhər sakini, 37 yaşlı Mamedov Raul Zakir oğlu və Ağdaş rayon sakini, 49 yaşlı Yusifov Adıgözəl Mansur oğludur.

Onlar  bildirib ki, karantin səbəbindən onların deportasiyası uzadılıb:

“Mərkəzin rəhbərliyi əvvəl sənədləri, sonra da pandemiya ilə əlaqədar karantin rejimini bəhanə edərək, bizi burada dözülməz vəziyyətdə saxlayır. Sizdən xahiş edirik, bizə kömək edin. Burada vəziyyət o qədər ağırdır ki, insanlar özlərinə qəsd edirlər”.