Rusiya təsdiqlədi: separatçıların sabiq başçıları Xankəndidədir, danışıq gedir

Separatçıların sabiq başçıları Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan Xankəndini tərk etməyiblər.

Bu barədə separatçılara yaxın mənbə məlumat yayıb.

“Hər üçü… Moskva vaxtı ilə saat 11:00-a kimi Xankəndidədirlər. Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır”, – TASS-ın həmsöhbəti bildirib.

Bundan əvvəl Qukasyan, Saakyan və Arutyunyanın sərhədi keçərək Ermənistanda olması barədə məlumat yayılmışdı, amma sonradan bu xəbər təkzib edildi.