Rusiya səfiri Polşa XİN-ə çağırılıb

Polşanın Baş naziri Donald Tusk Rusiyanın Polşadakı səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb.

Buna səbəb Rusiyanın Ukraynanın qərb bölgələrinə endirdiyi kütləvi raket zərbəsi zamanı Polşanın hava məkanının pozulması olub.

Donald Tuskun sözlərinə görə, Polşa hava məkanına döyüş başlığı ilə təchiz olunmuş Rusiyaya məxsus X-101 qanadlı raketi daxil olub. Raket daha sonra Lyublin şəhərindən təxminən 50 kilometr məsafədə yerə düşüb.

Polşa hökuməti hadisə ilə bağlı Rusiyadan izahat tələb edib.