ABŞ-nin “OpenAI” süni intellekt şirkətinin xidmətlərindən istifadə edən aktiv istifadəçilərin sayı bir milyardı keçib. Şirkətin məhsullarından yararlanan şirkətlərin sayı isə iki milyondan çoxdur.
Bu barədə “OpenAI”ın rəsmi saytında yayımlanan press-relizdə bildirilib.
“Süni intellekt modellərimiz hazırda bir milyarddan çox aktiv istifadəçini və iki milyondan artıq şirkəti əhatə edir. İnsanlar bu texnologiyaya daha çox etibar etdikcə, ondan istifadə intensivliyi də artır”, – deyə sənəddə qeyd olunub.
Qeyd edək ki, “OpenAI” 2022-ci ildə istifadəçilərlə dialoq rejimində ünsiyyət qura bilən “ChatGPT” xidmətini təqdim edib. Çatbot dəqiqləşdirici sualları cavablandıra, səhvlərini etiraf edə, yanlış fərziyyələri təkzib edə və uyğun olmayan sorğuları rədd edə bilir.




