Rusiya bu azərbaycanlını vətəndaşlıqdan çıxardı: Deportasiya olunacaq

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarılıb.

Bu barədə Rusiyanın “Mash” “Telegram” kanalı məlumat yayıb.

Onun yaxın vaxtlarda deportasiya olunacağı bildirilir.

Qeyd olunub ki, Elşən İbrahimovölkədə olma qaydalarını pozduğuna görə saxlanılıb.

Jurnalistlər hadisənin nə ilə əlaqələndirildiyini soruşduqda isə, İbrahimov vətənə qayıdandan sonra açıqlama verəcəyini bildirib.