Qalmaqallı və tanınmış ictimai xadim Aydın (Xan) Əbilovun namizədliyi rəsmən qeydiyyata alındı…

YeniMedia.az portalı Dialoq.qa saytına istinadən verdiyi xəbərə görə, qarşıdan gələn növbədənkənar Milli Məclis seçkilərində Bakının Yasamal rayonunda yaşayan çoxsaylı vətəndaşların, paytaxt sakinlərinin ardıcıl sosial-siyasi sifarişi, davamlı təklifi ilə namizədliyi özü tərəfindən irəli sürülmüş qalmaqallı və tanınmış ictimai xadimlə bağlı rəsmi qərar qəbul edilib.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın, eyni zamanda www.Yenimediaşnet analitik-informasiya portalının təsisçisi və baş redaktoru, tanınmış ictimai və mədəniyyət xadimi, yazıçı-kulturoloq, Aydın (Xan) Əbilov Əhməd oğlunun deputatlığa namizədliyi Yasamal 3-cü seçki dairəsindən rəsmi qaydada qeydiyyata alınıb.
A.Əbilov, əsasən gənclərdən ibarət imzaları toplayan qrupların üzvlərinə, inanaraq onun namizədliyini dəstəkləyən seçicilərə, eləcə də dəstəkləyən hər kəsə xüsusi minnətdarlığını çatdırıb.