Prezidentdən icra başçılarına SƏRT XƏBƏRDARLIQ: “Kresloları ilə…”

0
1553

 "Kresloları ilə..."

“Dünən Prezident İlham Əliyev yeni Baş prokuror ilə videokonfrans vasitəsilə görüşündə bir sıra vacib məqamlara toxunaraq ictimaiyyətə, məmurlara anonslar da verdi”.

Bunu siyasi şərhçi Zaur Məmmədov qeyd edib.

Politoloq qeyd edib ki, Azərbaycanda son zamanlar həyata keçirilən islahatlar göz qabağındadır: “Uzun illərdən bəri istər mərkəzi, istərsə də regional idarəçilkdə dərin kök salmış məmur- vətəndaş yanaşması bir müddət sonra təmamilə tarixin arxivlərinə gedəcək. 30 il ərzində dövlətin ayrı-ayrı strukturlarında oturuşmuş məmurlar tədricən kresloları ilə – onlara nə qədər ağır olsa da – vidalaşmaqdadırlar. Dövlətimiz yeni idarəçilik epoxasına qədəm qoyur. Güclü qalmaq, çağdaş modernləşən dünyadakı iqtisadi proseslərdən geridə qalmamaq üçün mütləq şəkildə rüşvətxorluğa qarşı mübarizəni daha da gücləndirmək, məmur özbaşnalığına və süründürməçiliyinə son qoymaq lazımdır”.

Z.Məmmədov xartırladıb ki, Prezident İlham Əliyev bu dəfə bir daha daha da açıq və konkret olaraq hər kəsə xəbərdarlıq etdi: “İcra başçıları və mərkəzi idarəetmədə vətəndaşını və dövlətini düşünməyən məmurlara qarşı tədbirlər görüləcək”.