Prezident İlham Əliyev Saleh Məmmədova: “Rəqəmləri şişirtməyin!” – VİDEO

0
443

Oktyabrın 28-də Qəbələ və Ağdaş rayonlarına səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu rəqəmlərin şişirdəlməsinə görə tənqid edib.

Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.

Dövlət televiziyasında yayımlanan rəsmi kadrlarda Saleh Məmmədov dövlət başçısına məlumat verdi. O, yeni yolun texniki parametrləri haqda, görülən işlər barədə danışdı.

Ərazidə olan başqa yoldan danışanda S.Məmmədov qeyd etdi ki, həmin ərazidə 40-a yaxın yaşayış məntəqəsi var.

Prezident İlham Əliyev onun sözünü kəsərək soruşdu ki, “Qəbələ rayonuna aiddir?”

S.Məmmədov cavab verdi ki, “bəli, qeyd edilən yaşayış məntəqələri Qəbələ rayonuna aiddir”. Bu sözlərə cavab olaraq Prezident İlham Əliyev qeyd etdi ki, “Qəbələ rayonunda 60 kənd var”. Bu sözlərdən sonra S.Məmmədov dövlət başçısından üzr istədi.

“Mən bilirəm, Qəbələdə nə qədər kənd var. 60. Və 3 qəsəbə, bir şəhər və 60 kənd. Sən də deyirsən ki, 40 kənd. Şişirtmə bu rəqəmləri!”- Prezident İlham Əliyev qeyd edib.