Pentaqon dünyanın ən böyük silah və aerokosmik sistemlər istehsalçısı olan “RTX Corporation” ilə müqavilə bağlayıb.
Bu barədə Pentaqonun bəyanatında bildirilib.
Qeyd edilib ki, şirkətlə 50 milyard dollar dəyərində 20 illik müqavilə imzalanıb.
Müqavilə üzrə işlərin həm kontinental ABŞ ərazisində, həm də xaricdə aparılacağı gözlənilir.




