Paşinyanın yalanları ifşa olundu – ABŞ-dan mesaj

0
516

Bir neçə gün əvvəl ABŞ-ın “Karneqi” fondunun elmi işçisi Paul Stronski özünün tvitter səhifəsində olduqca maraqlı bir məlumat yayıb. Qeyd edək ki, Paul Stronski Ermənistan-Amerika münasibətlərinin araşdırılması sahəsində ən təcrübəli və tanınmış mütəxəssislərdən biridir. O, həm də Ermənistanda yeni hakimiyyəti dəstəkləyənlərdən biridir və eyni zamanda hakimiyyət dəyişiklikliyi barəsində “Karneqi” fondu tərəfindən dərc olunmuş ən səs-küylü məqalələrin müəllifidir.

Stronski son məqalələrinin birində N.Paşinyanın bir sıra yalanlarını üzə çıxararaq bildirib: “N. Paşinyan öz bəyanatında qeyd edir ki, Ermənistanda baş vermiş məxməri inqilabdan sonra ABŞ Ermənistana heç bir yardım göstərməyib. N. Paşinyanın bu bəyanatı düzgün deyil, çünki hakimiyyət dəyişikliyindən sonra, 6 ay ərzində ABŞ tərəfindən Ermənistana 14 milyon dollar yardım edilib.

Bundan başqa, faktiki olaraq, keçən il məxməri inqilaba qədər də Ermənistana 25 milyon dollar yardım olunub. Ümumiyyətlə, 1992-ci ildən başlayaraq indiyə qədər Amerika Birləşmiş Ştatlarının Ermənistana etdiyi yardım 1 milyard dollardan artıq olub.

N. Paşinyan yaxşı olardı ki, ABŞ-ı günahlandırmaq və ondan şikayət etmək əvəzinə, Amerika-Ermənistan münasibətlərinin möhkəmləndirilməsinə daha çox üstünlük versin”, – deyə araşdırmaçı vurğulayıb.

İsmayıl Tanrıverdi. BDU-nun Erməni Araşdırmaları Mərkəzinin Böyük Elmi İşçisi.

Aşağıda Paul Stronskinin tvitter səhifəsindən nüsxələr əlavə olunub: