Ermənistan sərhədini qanunsuz keçən Azərbaycan əsgəri Nəsimi Musayev dindirilib.
Bu barədə Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan məlumat verib.
Poqosyan Nəsimi Musayevin hadisənin səbəbləri barədə danışdığını söyləyib:
“İstintaq zamanı Nəsimi Musayevin qəsdən adam öldürmək niyyətinin olmadığı qənaətinə gəlinib”. (Axar.az)



