Rusiya və İran bütün Avrasiya regionunun əlaqəsini təmin edəcək Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzərində fəal işləyirlər.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib.
Rusiya hökumətinin başçısı Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref ilə görüşüb.
“Nəqliyyat logistikasının inkişafı baxımından biz Şimal-Cənub dəhlizinin inkişafı üçün birgə fəal işləyirik. Bu strateji magistral bütün Avrasiya regionunun əlaqəsini təmin edəcək”, – Mişustin bildirib.
Şimal-Cənub nəqliyyat dəhliziSankt-Peterburqdan Mumbay limanına (Hindistan) qədər olan və uzunluğu 7,2 min kilometr multimodal marşrutdur. Ümumilikdə üç marşrutu var: transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), həmçinin qərb və şərq (quru). 2023-cü ilin mayında Rusiya və İran “Şimal-Cənub” qərb marşrutu – Rəşt-Astara dəmir yolunun son zəruri hissəsinin tamamlanması üçün sənədlər imzalayıb. Layihənin ümumi dəyəri 1,6 milyard dollardır.




