Lukaşenko Rusiyaya yola düşdü

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya yola düşüb.

Bu barədə “BelTA” “Telegram” kanalında məlumat yayıb.

“Lukaşenko Rusiyaya işgüzar səfərə yola düşüb. Səfər proqramına Rusiya Prezidenti Vladimir Putinlə danışıqların aparılması daxildir”, – deyə məlumatda bildirilir.

Qeyd olunub ki, görüş zamanı prezidentlər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcəklər. Putin və Lukaşenko, həmçinin regional və beynəlxalq gündəmin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.