Kritik durum: Ukrayna elit bölmələrini bu bölgəyə göndərdi

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) xüsusi təyinatlılarını Pokrovska göndərib.

Bu barədə ukraynalı jurnalist Andrey Tsaplienko Telegram-da məlumat verib.

“Pokrovskdakı kritik vəziyyəti nəzərə alaraq, Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı bölmələri artıq ən gərgin müdafiə xəttinə gəliblər”.