Azərbaycanda “Aİ-95” markalı benzinin istehsalı kəskin azalıb.
Məlumatı Dövlət Statistika Komitəsi yayıb.
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda “Aİ-95” markalı avtomobil benzininin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 45% azalaraq 13,8 min ton təşkil edib.
Eyni zamanda, “Aİ-92” markalı benzinin istehsalı 1 067,54 min ton olub ki, bu da illik müqayisədə 2,1% artım deməkdir. Ümumilikdə isə ölkədə 1 081,3 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1% çoxdur.




