İranın İsrailin şimalına ballistik raket ataraq yeni elan edilmiş atəşkəs rejimini pozmasından sonra Tehrandan qisas almağa çağırış edilib.
İsrailin maliyyə naziri Bezalel Smotriç “X” hesabındakı paylaşımında “Tehran titrəyəcək” yazıb.
“Sükuta sükutla, raketlərə atəşlə cavab veriləcək”, – millət vəkili Limor Son Har Meleç sosial media hesabında bildirib.
Müxalif Yisrael Beytenu partiyasının sədri Aviqdor Liberman da çağırışlara qoşulub: “ABŞ prezidentinin atəşkəs elan etməsindən üç saat yarım sonra İrandan İsrailin şimalına doğru zərbə endirilib. Biz bunu udmamalı, gözardı etməməli, dərhal cavab verməliyik”.
“İranın hər hansı pozuntusu müvafiq cavabla qarşılanacaq”, – deyə deputat Tali Qotliv bəyan edib.




