Rasim Məmmədovun sərt xəbərdarlığı

0
1167

 

İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin 10.06.2020 tarixli iclasının qərarına əsasən İNK Cənub Reqional Nümayəndəliyinin təşkilat fəallarına və nümayəndəliyin əhatə etdiyi İNK rayon və şəhər şöbələrinin bəzi sədrlərinə fəaliyyətlərindəki zəifliklərinə görə xəbərdarlıq edilib.
İdarə Heyətinin qərarına əsasən İNK Astara Rayon Şöbəsinin sədri Zaur Hüseynov tutdugu vəzifədən uzaqlaşdırılıb, üzvlükdə saxlanması məsələsinə yaxın günlərdə İNK Cənub Reqional Nümayəndəliynin sədrinin təqdimatı nəzərə alındıqdan sonra baxılacaq!

Eyni zamanda İNK İH sədri Rasim Məmmədov təşkilat üzvlərinə ciddi şəkildə tapşırıq verdi ki, görüşlər zamanı sosial məsafə saxlamalı və mütləq şəkildə tibbi maskadan istifadə edilməlidir!

 

İNK haqda geniş məlumatı bir daha oxucuların nəzərinə çatdırırıq:

 

Prezident İlham Əliyevin çağırışı ilə yaradılan İctimai Nəzarət Koalisiyası ölkəmizdə ictimai nəzarət fllsəfəsəni reallaşdıran Vətəndaş Cəmiyyət Platformasıdır!

113 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İctimai Bİrliyi tərəfindən genişləndirilən Vətəndaş Cəmiyyəti Platformasıdır!

İNK – DAMM İB, YYS İB, SİMİB-nin ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə. AZ1073

“Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis)
E-mail: [email protected], [email protected]

İNK – DAMMİB-SİMİB-YYSİB Analitik-İnformasiya Mərkəzi